Ermənistanın mülki əhaliyə və hərbçilərə dronlardan keçirdiyi təlimlərin görüntüləri yayılıb
Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinq zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub.
"Report" xəbər verir ki, Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.
Brifinqə qatılan şəxslər antiterror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.
Oxşar xəbərlər
Munkun məşhur “Qışqırığ”ını eşidəcəyiniz muzeydən REPORTAJ - FOTO
Osloda tarixi ictimai yerlər çoxluq təşkil etməsə də, şəhər muzeylər və mədəni tədbirlərin təşkil edildiyi məkanlarla zəngindir. Buradakı muzeylərdə Norveç mifo...