Husilər neft tankerini ələ keçirib - VİDEO

Husilər neft tankerini ələ keçirib - VİDEO
Video
Siyasət 0

Yəmənin "Ənsarullah" hərəkatının döyüşçüləri Ədən körfəzində neft takerini ələ keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

"Əl-Hadath" qəzetinin yazdığına əsasən, gəminin göyərtəsində əvvəlcə israillilərin olduğunu bildirsə də, sonradan rəsmi Təl-Əviv bu məlumatı təkzib edib və gəmidə heç bir israillinin olmadığını qeyd edib.

Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, “Galaxy Leader” Böyük Britaniya şirkətinə məxsusdur və Yaponiya şirkəti tərəfindən idarə olunur.

Benyamin Netanyahu gəminin ələ keçirilməsini pisləyib və husilərin hərəkətlərinin arxasında İranın olduğunu bildirib. İsrail hökumətinin başçısı həmçinin bildirib ki, insident ərazidə gəmiçilik təhlükəsizliyini təhlükə altına qoyur.

Qeyd edək ki, "Ənsarullah" hərəkatı Qəzzada müsəlmanların qətliamı dayandırılmayacağı təqdirdə İsrail və Qərb ölkələrinin gəmilərinin körfəzdə ələ keçiriləcəyini bəyan etmişdi.

Son xəbərlər