SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən çox qazanan müğənniləri sırasında yer alan Ed Şiran xeyirxah addımı ilə gündəmə gəlib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi xeyriyyə fondlarından birində alt geyimləri də daxil olmaqla özünün 450 ədəd libasını bağışlayıb.

"eBay"də hərraca çıxarılacaq paltarlar arasında 20 ədəd jaket, 11 şalvar, 14 papaq, 6 tulum və 73 cüt corab var. İfaçı xeyli sayda al geyimlərini də fonda bağışlayıb.

Paltarların yuyulmadan və ütülənmədən auksiona çıxarılacağı qeyd edilib. Geyimlərin orijinallığını qorumaq üçün belə bir qərar verilib.

Xeyriyyə fondunun rəhbəri Kevin Clements mətbuata açıqlamasında Edin bu addımın yüksək qiymətləndirib.

"Ed Şiranın bu addımı onun fanatları üçün unudulmaz bir fürsətdir. Dünyanın dörd bir yanından onu sevənlər paltarlarını əldə etmək üçün müraciət edəcəklər. Bu işin sonunu görmək həyəcanvericidir" deyə o bildirib.

Qeyd edək ki, xeyriyyə fondu hərracdan əldə edilən gəliri kimsəsiz uşaqlar üçün xərcləyəcək. 

BAKU.WS