SİZİN REKLAM BURADA!
055 213 76 73


Nepal da Çin sosial media platforması oıan “TikTok”u qadağan edən ölkələrə qoşulub.

BAKU.WS xəbər verir ki, Nepal hökuməti məşhur sosial media tətbiqi TikTok-un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək qadağan etmək qərarına gəlib.

Ölkənin Rabitə və İnformasiya Texnologiyaları Naziri Rekha Sharma, platformanın etiraz doğuran məzmun yaydığını söylədi və qadağanın dərhal qüvvəyə minəcəyini bildirib.

Qeyd edək ki, bu il bəzi ölkələr “TikTok”un istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı narahatlıqlara görə tətbiqi qadağan edib.

Bundan öncə Kanada fevral ayında, Belçika, Norveç, İngiltərə və Yeni Zelandiya isə mart ayında “TikTok”un dövlət telefonlarında və elektron cihazlarda istifadəsini qadağan edib.

BAKU.WS