SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail ordusu ilə HƏMAS qüvvələri arasında davam qarşıdurmalardan sonra İsraildə “sperma dondurma” prosedurlarına tələbat artıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ölkədə ölən kişilərin ailələri, gələcəkdə istifadə etmək məqsədilə mərhumdan spermanın götürülməsini və dondurulmasını tələb edə bilər.

HƏMAS-ın hücumlarının mərkəz nöqtələrindən biri olan Nova Musiqi Festivalına qatılan üç oğlan dostun ailələri də bu tələbi edənlər arasındadır.

Festivalda öldürülən 3 dostun ailələri Təl-Əvivin cənub-şərqindəki Rehovotdakı Kaplan xəstəxanasına gedərək uşaqlarının spermasının götürülərək dondurulmasını istəyiblər.

Ailələr iki saat ərzində məhkəmədən lazımi icazələri alsa da, ölümlərdən 20 saat sonra bütün prosedurlar tamamlanıb.

Məlumata görə, oktyabrın 7-dən bu yana 4-ü mülki vətəndaş və əsgər olmaqla 33 nəfərin bu əməliyyatı həyata keçirdiyi bildirilib.

Proses boyunca ailələri müşayiət edən Səhiyyə Nazirliyi qrupunun rəsmisinin verdiyi açıqlamada, "Ordu sözçüsü o gün günortadan sonra "şiddətli toqquşmalar" olduğunu dedikdə, axşama hazırlaşmalı olduğumuzu anladıq" deyib.

Təkcə 2021-ci ildə süni mayalanma yolu ilə 10 693 körpənin dünyaya gəldiyi İsrail produktiv üsulları və müalicələrində dünyanın qabaqcıl ölkələrindən biri hesab olunur.

Bu səbəbdən dünyasını dəyişən əsgərlərdən sperma toplanması prosesi texniki problemlərdən çox etik qayğılarla müzakirə edilir.

BAKU.WS