SİZİN REKLAM BURADA!
055 213 76 73


2022-ci ilin sonundan etibarən 108,4 milyon insan müharibə, münaqişə, zorakılıq və buna bənzər səbəblərdən yaşadıqları coğrafiyaları tərk etmək məcburiyyətində qalıb.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə olub.

Yeditepe Universiteti Qlobal Təhsil və Mədəniyyət Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi (KEKAM) tərəfindən bu il yeddinci dəfə təşkil edilən, “21-ci əsrdə Beynəlxalq Miqrasiya Konfransı” keçirilib.

KEKAM direktoru Gökçe Bayındır Goularas, məcburi miqrasiyanın ölkələr üçün beynəlxalq miqrasiyanın ən mühüm hissəsini təşkil etdiyinə deyib:

“2022-ci ilin sonu etibarilə 108,4 milyon insan müharibə, münaqişə, zorakılıq və bu kimi səbəblərdən yaşadıqları coğrafiyaları tərk etmək məcburiyyətində qalıb. Bu rəqəm bir il əvvəllə müqayisədə 29 milyon artıb. “Türkiyə 2022-ci ildə 3,6 milyondan çox qaçqınla dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə olmaqda davam edir.

BAKU.WS