Fransada keçiriləcək etirazlara 11 min polis və jandarm cəlb olunacaq

Fransada keçiriləcək etirazlara 11 min polis və jandarm cəlb olunacaq
Siyasət 94

Fransa Daxili İşlər Nazirliyi iyunun 6-da ölkə boyu pensiya islahatına qarşı keçiriləcək nümayişlər zamanı asayişi təmin etmək üçün 11 min polis və jandarm göndərəcək.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib.

Onun sözlərinə görə, göstərilən saydan 4 mini Parisdə nümayişçiləri izləyəcək.

"Xaricdən gələn ifrat solçu təşkilatların nümayəndələrinin aksiyalarda iştirakı gözlənilir", - deyə nazir bildirib.

O, həmçinin qeyd edib ki, onun göstərişi ilə 17 nəfərə bu şəxslərin yürüşlərə qoşulmasının qarşısını almaq və lazım gələrsə saxlanmalarını asanlaşdırmaq məqsədilə inzibati qadağalar tətbiq edilib.

Son xəbərlər