Fransada SON VƏZİYYƏT: Polislə etirazçılar arasında qarşıdurma - FOTO
Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etirazçılar arasında toqquşma baş verib.
BAKU.WS-in "Anadolu"ya istinadən məlumatına görə, hökumətin parlamentdə səs vermədən birbaşa qəbul etdiyi mübahisəli pensiya islahatına qarşı ölkədə 200 ünvanda nümayişlər keçirilib.
Ölkə daxilində enerji, nəqliyyat və təhsil kimi müxtəlif sektorların işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə kütləvi tətilə çıxıblar.
Paris, Renn və Tuluza şəhərlərində polislə nümayişçilər arasında qarşıdurma baş verib.
Paytaxt Parisdə Respublika meydanından Millət meydanına gedən nümayişçilər velosipedləri, skuterləri və zibil qutularını yandırıblar.
Polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.
Fransanın daxili işlər naziri Gerald Darmanin ölkə daxilində pensiya islahatına qarşı keçirilən 10-cu kütləvi nümayişlə bağlı açıqlama verib.
Fransalı nazir etirazlarda yaralanan 175 təhlükəsizlik qüvvələri ilə həmrəy olduğunu bildirib.
Darmanin nümayişlər zamanı 201 nəfərin saxlanıldığını bildirib.
Qeyd olunur ki, ölkənin bir çox yerində etirazçılarla nümayişlərə şiddətlə müdaxilə edən polis arasında zorakılıq yaşanır.
Martın 16-dan bəri keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
Oxşar xəbərlər
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 450-ni keçdi
Fransada keçirilən etiraz aksiyalarında 457 nəfər saxlanılıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Cerald Darmanin...