Azərbaycanın xilasediciləri Kahramanmaraşda səhra mətbəxi qurub, zərərçəkmişlərə yeməklər hazırlanıb - FOTO
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə yemək paylayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın xilasediciləri tərəfindən şəhərin Doğukənd məhəlləsində qurulan çadır şəhərciyinə səhra mətbəxi gətirilib.
Burada FHN əməkdaşlarının hazırladığı isti yeməklər və çaylar sakinlərə verilib.
Xatırladaq ki, Azərbaycanın FHN əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərinin Doğukənd məhəlləsində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub. Yüz otuzdan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülməyə başlanılıb.
Qeyd edək ki, Azərbaycanın xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
FHN Kahramanmaraşda zərərçəkmişlərə çadır şəhərciyi qurub - FOTO
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub. BAKU.WS re...