FHN Kahramanmaraşda zərərçəkmişlərə çadır şəhərciyi qurub - FOTO
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, xilasedicilərimiz şəhərin Doğukənd məhəlləsində Azərbaycandan göndərilən çadırların qurulmasını yekunlaşdırıb.
Yüz otuzdan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülür. Yerli aidiyyəti orqanlar çadırları sakinlərə təhvil verməyə başlayıb.
Qeyd edək ki, Azərbaycanın xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ çıxarıblar - FOTO/VİDEO
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN...