Xilasedicilərimiz Türkiyədə dağıntılar altında qalmış 6 nəfərin meyitini çıxarıb
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Report-un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın xilasediciləri səhər saatlarından başlayaraq təbii fəlakətin qeydə alındığı yerdə axtarış işləri aparır.
Hazırda FHN əməkdaşları zəlzələ zamanı şəhərin Hayrullah məhəlləsi, Azərbaycan bulvarı küçəsi, "Gökan apartmanı" adlı 8 mərtəbəli binanın dağıntıları altında qalmış şəxslərin sağ çıxarılması və nəticələrin aradan qaldırılması istiqamətində səylər göstərir.
Əraziyə dağıntılar altında qalmış şəxslərin yaxınları da gəlib. Onlar yaxınlarının hansı evdə, hansı otaqda qaldıqlarını göstərirlər.
FHN əməkdaşları Azərbaycan bulvarı küçəsi, "Gökan apartmanı"nda dağıntılar altında qalmış şəxsin meyitini aşkarlayıb.
İlkin məlumata görə, Azərbaycanın xilasediciləri Kahramanmaraşda dağıntılar altında qalmış ümumilikdə 6 şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...