5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

Ukraynanın Donetsk vilayətində şiddətli döyüşlər davam edir.

BAKU.WS-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Baxmut şəhəri yaxınlığında Ukrayna Milli Qvardiyası üzvləri rusların "Su-25" qırıcısını vurublar.

Təyyarənin "İqla-1" zenit kompleksi ilə vurularaq yerə salındığı bildirilir. Qeyd edək ki, təkcə ötən həftə Baxmut müdafiəçiləri şəhər uğrunda gedən qanlı döyüşlərdə Rusiyanın bir "Mi-24" helikopteri və bir "Su-25" qırıcısını vurmağa müvəffəq olublar.

Ukrayna ordusu uzun müddətdir ki, rusların Baxmuta ardıcıl hücumlarının qarşısını alaraq müqavimət göstərir.

BAKU.WS