İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm diplomatik hadisədir - RƏY

İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm diplomatik hadisədir - RƏY
Foto
Siyasət 22

Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız iki dövlət arasında mövcud siyasi dialoqun davamı deyil, eyni zamanda iqtisadi, enerji, nəqliyyat, sənaye, innovasiya, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm diplomatik hadisədir.

BAKU.WS xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun vacib istiqamətlərindən biridir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və mühüm aktor kimi qəbul olunur:

"Bu gün Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan dövlətlərdən biridir. Almaniya isə Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü kimi qlobal proseslərə təsir imkanlarına malikdir. Bu baxımdan iki dövlət arasında münasibətlərin inkişafı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır".

İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm diplomatik hadisədir - RƏY

S.Salmanova vurğulayıb ki, son illər dünyada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb:

"Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaşa çevrilib. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələrinin uğurla reallaşdırılması Azərbaycanın etibarlı təchizatçı statusunu möhkəmləndirib".

Prezident İlham Əliyevin Almaniyaya səfərinin siyasi əhəmiyyətinə toxunan deputat vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində yeni güc balansları formalaşır, regional təhlükəsizlik məsələləri daha böyük aktuallıq qazanır:

"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması ölkəmizin əsas prioritetləri sırasındadır. Almaniya ilə aparılan müzakirələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır".

O qeyd edib ki, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri zamanı Almaniya Kansleri Fridrix Merts ilə imzalanan "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır:

"Bu sənəd Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir. Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, innovasiya, elm, təhsil və humanitar sahələr üzrə tərəfdaşlığın daha sistemli və uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edir".

Son xəbərlər