FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib

FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Hadisə 127

İki nəfər Bakının Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbələrində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının II Aşıqlı kəndinin ərazisindən keçən hissəsində...

9 Hadisə 23:12 15 avqust 2026

Son xəbərlər