VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda zəlzələdən sonra həmyerlilərimiz fəryad edir.

BAKU.WS-in məlumatına görə, Güney Azərbaycanın Xoy şəhərində qeydə alınan dağıdıcı zəlzələ nəticəsində minlərlə vətəndaş evsiz qalıb.

Hər zaman olduğu kimi, bu dəfə də molla rejimi Cənubi Azərbaycan vətəndaşlarına sahib çıxmır.

Qeyd edək ki, Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələdə xəsarət alanların sayı 970 nəfəri ötüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.

İranın "Qırmızı Aypara Cəmiyyəti" Cənubi Azərbaycanda - Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin "Qırmızı Aypara Cəmiyyəti"nin təklifini də qəbul etməyib. İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.

Zərər çəkmiş vətəndaşlar mətbuata verdikləri açıqlamalarda yaşadıqları evlərin uçması səbəbindən soyuq hava şəraitində köməksiz qaldıqlarını, qida çatışmazlığından, lazımı tibbi yardımın göstərilmədiyindən bəhs edib, eyni zamanda körpə uşaqların və yaşlı insanların soyuqdan əziyyət çəkdiklərini, lazımi sayda çadır verilmədiklərini bildiriblər.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO