İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Tasnimnews” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.
***11:33
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.
Zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb.
Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.
***10:31
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Təbii fəlakət zamanı 580-dən çox insan isə yaralanıb.
Şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb olunub.