İranda zəlzələdə yaralananların sayı 500-ə çatır
Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində yaralananların sayı 490 nəfərə yüksəlib.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu İranın Xoy Tibb Elmləri İnstitutunun rektoru Hüseyn Həbibzadə deyib.
Onun sözlərinə görə, hazırda yaralılardan 100-ü xəstəxanaya yerləşdirilib.
H.Həbibzadə zəlzələ nəticəsində indiyədək ölüm halının qeydə alınmadığını deyib.
Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.
Oxşar xəbərlər
Ermənistanın region üçün qurduğu "saatlı bomba" - Dəhşət yaşana bilər
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ümumi Sədr müavini, Iğdır Azərbaycan evi Dərnəyi Sədri, jurnalist Serdar Ünsal Ermənistanda yerləşən Metsamor...