SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin paytaxtı Londonda keçirilən marafonda faciəvi hadisə baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib.

Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub.

BAKU.WS