Londonda fövqəladə vəziyyət rejimi elan edilib

08
yan
2021
20:52
Böyük Britaniyanın paytaxtı Londonda koronavirus pandemiyası fonunda xəstəxanaların dolması təhlükəsi ilə bağlı fövqəladə vəziyyət rejimi elan edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə London meri Sadik Xan uyğun açıqlama yayıb.
“Virus təhlükəsi fəlakətli nöqtəyə çatdığı üçün bu gündən Londonda fövqəladə vəziyyət rejimi elan edirəm. Hazırda hər 30 London sakini COVID-19-a yoluxub. Biz indi tədbir görməsək, onda səhiyyə xidmətimiz yüklənər və daha çox insanımız ölər”, - o, tvitter səhifəsində yazıb.
Oxşar xəbərlər
Onu həbs etmək, məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz
Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana"...
