SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ankaraya verdikləri vədləri yerinə yetirməyənə qədər Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyəcək".

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Ölkəmizə verilən vədlər yerinə yetirilməyənə qədər prinsipial mövqeyimizi dəyişməyəcəyik. Biz İsveç və Finlandiyanın vədlərini yerinə yetirib-yetirmədiyini diqqətlə izləyirik. Və bundan sonra təbii ki, parlamentimiz yekun qərarı verəcək", - Ərdoğan qeyd edib.

BAKU.WS