13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Tayvan Silahlı Qüvvələri adaya Çin Xalq Azadlıq Ordusunun 51 təyyarəsi və 6 döyüş gəmisinin yaxınlaşdığını qeydə alıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin gündəlik xülasəsində məlumat verilir.

“Avqustun 18-i saat 17:00-a olan məlumata görə, Tayvan Silahlı Qüvvələri ada yaxınlığında dəniz və hava məkanında 51 təyyarə və 6 gəminin fəaliyyətini qeydə alıb”, - deyə məlumatda qeyd edilib.

Qeyd olunur ki, 12 Su-30 qırıcısı, altı J-16, dörd J-10, bir Y-8 radioelektron döyüş təyyarəsi və iki H-6 bombardmançı təyyarəsi də daxil olmaqla 25 təyyarə Tayvan boğazının “orta xətti” adlanan ərazini keçib.

Tayvan vəziyyəti izləmək üçün hava patrulu göndərib, radio xəbərdarlığı edib və zenit-raket sistemlərini yerləşdirib.

BAKU.WS