Serbiya və Kosovo razılığa gələ bilmədi

Serbiya və Kosovo razılığa gələ bilmədi
Siyasət 139

Serbiya prezidenti Aleksandr Vuçiç və tanınmamış Kosovonun baş naziri Albin Kurti Brüsseldə keçirilən dialoq raundunda vəziyyətin həlli ilə bağlı razılığa gələ bilməyiblər.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell avqustun 18-də keçirdiyi brifinqdə bildirib.

“Hələ razılığa gəlməmişik, lakin bu, məsələnin sonu deyil. Hər iki lider dialoqun davam etdirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər, danışıqlar yaxın günlərdə bərpa olunacaq”, - deyə o, jurnalistlərə bildirib.

Onun sözlərinə görə, həll yollarının axtarışları sentyabrın 1-dək davam edəcək.

O, həmçinin vurğulayıb ki, beynəlxalq ictimaiyyət gərginliyin bərpasını istəmir, istənilən gərginliyə görə bütün məsuliyyəti tərəflər daşıyacaq.

Xatırladaq ki, Kosovo Serbiyada verilmiş sənədlərin öz ərazisində qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.

Oxşar xəbərlər

Kosova qarşıdurmaya səbəb olan qərarını təxirə salıb

Kosova qarşıdurmaya səbəb olan qərarını təxirə salıb

Kosova hakimiyyəti ölkənin şimalında serb əhalisi ilə münaqişəyə səbəb olan icazə sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə salıb. BAKU.W...

104 Siyasət 08:55 01 avqust 2022

Son xəbərlər