Kubada neft anbarında yanğın yerində dörd nəfərin qalıqları tapılıb

Kubalı xilasedicilər Matansas şəhərində neft anbarında baş verən yanğında ölən azı dörd nəfərin qalıqlarını aşkar ediblər.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, rəsmi rəqəmlərə görə, yanğın nəticəsində ölənlərin sayı altıya çatıb. Axtarışlar davam edir.
Xatırladaq ki, avqustun 5-də rezervuarlardan birinə ildırımın düşməsindən sonra neft anbarında yanğın baş verib. Avqustun 7-də ikinci çən partlayıb, üçüncü çənə ciddi ziyan dəyib, daha sonra yanğın dördüncü çənə keçib. Hadisə yerinə bitişik ərazilərin beş minə yaxın sakini təxliyə edilib. Yanğında ümumilikdə 130 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Ukraynanın könüllü hərəkatının rəhbəri rastlaşdığı dəhşətlərdən DANIŞDI - FOTO
Ukraynanın “Volontyor” könüllü hərəkatının rəhbəri Roman Soviçin “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Rusiyanın artıq 4 aya yaxındır ki,...
