Almaniyada fəlakət nəticəsində ölənlərin sayı durmadan artır - FOTO
Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində Reynland-Pfals ərazisində azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər ölüb.
Almaniyanın federal kansleri Angela Merkel hadisə ilə bağlı bildirib ki, təbii fəlakət nəticəsində ölənlərin ailələrinə təzminat veriləcək. Təbii fəlakət nəticəsində zərər görən ailələrə də maddi yardım göstəriləcək.
Qeyd edək ki, sel Niderland, Belçika və Lüksenburqda bəzi bölgələrə ciddi ziyan vurub. Ərazilərə xilasedicilər və hərbçilər cəlb olunub.
Belçika və Almaniya sərhədindəki evlərdə yaşayan əhali təcili təxliyə olunub.
Təbii fəlakət nəticəsində yüzlərlə insanın itkin düşdüyü bildirilir.
Qalereya
Oxşar xəbərlər
Avropada fəlakət - yüzlərlə insan itkin düşdü, ölənlərin sayı durmadan artır - VİDEO
Ötən gündən başlayan daşqın 4 ölkədə həyatı iflic edib və kütləvi insan ölümünə səbəb olub. BAKU.WS “Bild” qəzetinə istinadən xəbər verir ki, güclü yağışlardan...