Ərdoğan və Merkel birgə mətbuat konfransı keçiriblər
Yanvarın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel birgə mətbuat konfransı keçiriblər.
BAKU.WS xəbər verir ki, mətbuat konfransında iki ölkə arasında münasibətlərin gücləndiriləcəyi bildirilib, bölgədəki problemlərin həlində həmrəylik nümayiş etdirilib.
Avropa İttifaqı ölkələrinin Suriya vətəndaşlarına kömək göstərmələrinin vacibliyi vurğulanıb. Hər iki dövlətin Liviya məsələsinin danışıqlar yolu ilə həllində həmfikir olduğu qeyd edilib.
Almaniya kansleri Angela Merkel Suriya münaqişəsinin həll olunması məsələsinə dair cari ilin birinci rübündə Ankarada Türkiyə, Fransa və Rusiya prezidentləri ilə birgə danışıqlar keçirməyi mümkün sayıb.
İki lider arasındakı danışıqlar zamanı Suriya və Liviya problemləri ətrafında, həmçinin ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb.
Oxşar xəbərlər
Merkel Türkiyədə səfərdədir
Almaniya kansleri Angela Merkel dünən gecə saatlarında Türkiyəyə işgüzar səfər edib. BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Merkelin təyyarəsi...