SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Birinci televiziya kanalının canlı efirdə Ukraynada xüsusi əməliyyata qarşı etiraz aksiyası keçirmiş redaktoru Mariya Ovsyannikova oktyabrın 9-dək ev dustaqlığına məhkum edilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, o, 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bu il martın 14-də M.Ovsyannikova “Vremya” xəbərlər proqramının canlı efiri zamanı Ukraynada hərbi əməliyyatlar əleyhinə plakat açıb. Bundan sonra o, 30 min rubl məbləğində cərimə olunub və Almaniyaya işləməyə gedib.

İyulun əvvəllərində Ovsyannikova yenidən Rusiyaya qayıdıb. Avqustun 10-da jurnalist evində axtarış aparıldıqdan sonra saxlanılıb. Bu dəfə o, iyulun 15-də etiraz piketi keçirməkdə təqsirləndirilir.

BAKU.WS