ORT-də müharibəyə etiraz edən qadın cərimələndi

Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına icazəsiz daxil olduğuna görə 30 min rubl cərimələyib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq etmədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinib.
Qeyd edək ki, ötən gecə “Birinci Kanal”da canlı yayımlanan “Vremya” verilişinin axşam buraxılışı zamanı proqram redaktoru Marina Ovsyannikova studiyaya daxil olaraq Ukraynadakı müharibəyə etiraz edib. O, hazırda həbsdədir.
Oxşar xəbərlər
“Pervıy kanal”ın canlı efirində plakat qaldıran qadın görün kim çıxdı - VİDEO
Rusiyanın “Pervıy kanal”ı redaktorun əlindəki plakatla efir zamanı görünməsi ilə bağlı araşdırma aparır. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “...
