“Pervıy kanal”ın canlı efirində plakat qaldıran qadın görün kim çıxdı - VİDEO
Rusiyanın “Pervıy kanal”ı redaktorun əlindəki plakatla efir zamanı görünməsi ilə bağlı araşdırma aparır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Pervıy kanal”dan bildirilib.
“Vremya” verilişinin canlı yayımında həqiqətən də kadrda kənar şəxslə insident baş verib, daxili yoxlama aparılır”, - telekanalın mətbuat xidməti agentliyə bildirib.
Məlumata görə, ona qarşı inzibati iş gedir və həmin şəxs hazırda saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə (Rusiya Silahlı Qüvvələrinin istifadəsini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər) məsuliyyətə cəlb edilə bilər.
Qeyd edilir ki, həmin şəxs Marina Ovsyannikovadır, o, “Pervıy kanal”da redaktor işləyir. M.Ovsyannikova hazırda Ostankino rayonundakı polis şöbəsindədir.
Xatırladaq ki, M.Ovsyanniko “Vremya” xəbərlər proqramının əməkdaşı diktor Yekaterina Andreyevanın çıxışı zamanı üzərində "Müharibəyə yox, təbliğata inanmayın, burada sizi aldadırlar" sözləri yazılmış plakat açıb.
Oxşar xəbərlər
Rusiyanın ORT telekanlının canlı efirində insident - VİDEO
Rusiyanın “Birinci kanal”ının əsas xəbər buraxılışında gözlənilməz hadisə baş verib. Canlı efir zamanı naməlum qadın kadra daxil olub. O, arapıcı Yekaterian And...