SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Cozef Bayden koronavirus infeksiyası üçün “Paxlovid” preparatı ilə beş günlük müalicə kursunu başa vurub, lakin hələlik özünü təcrid edir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Kevin O Konnor bildirib.

Onun sözlərinə görə, Prezidentin xəstəliyinin əlamətləri demək olar, tamamilə yoxa çıxıb. Onun qan təzyiqi, nəbzi və tənəffüsü, hərarəti tamamilə normaldır, ağciyərləri təmiz qalır. Prezidentə fiziki məşqləri bərpa etməyə icazə verilir.

Keçən həftə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Baydenin iyulun 21-də koronavirus testinin müsbət olduğunu, özünü təcrid etdiyini və distant işləməyə başladığını açıqlayıb.

Bayden COVID-19 peyvəndinin tam kursunu alıb və həmçinin peyvəndin iki gücləndirici dozasını qəbul edib.

BAKU.WS