COVID-19-a yoluxan Co Baydenin qəbul etdiyi dərman açıqlanıb

25
iyl
2022
08:19
Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin həkimi onun son vəziyyəti barədə açıqlama yayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, həkim Kevin O'Konnor COVID-19-a tutulan Baydenin “Paxlovid” dərmanı qəbul etdiyini bildirib.
Onun səhhətinin yaxşılaşdığı bildirilib.
Həkimin sözlərinə görə, Baydendə əsas simptom boğaz ağrısıdır.
Baydenin burun axması, öskürək və bədən ağrılarının əhəmiyyətli dərəcədə azaldığını bildirilən həkim onun nəbzinin, qan təzyiqinintemperaturunun normal olduğunu deyib.
Oxşar xəbərlər
Koronavirusun bu simptomları varsa, dərhal həkimə müraciət edin - Günbəgün SİYAHI
Türkiyənin Hacettepe Universiteti koronavirusla mübarizəyə diqqət çəkmək məqsədilə “koronavirus simptomları təqvimi” hazırlayıb. Bu barədə “Haber Global” məluma...
