"Çeburaşka"nın yaradıcısı vəfat edib

Keçmiş SSRİ-nin klassik animatoru Leonid Şvartsman 101 yaşında vəfat edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Soyuzmultfilm”in şef-redaktoru Sergey Vladimiroviç Kapkov bildirib.
Qeyd edək ki, Leonid (əsl adı İzrail) Aronoviç Şvartsman 1920-ci il avqustun 30-da Belarusda anadan olub. O, 2002-ci ildə Rusiyanın Xalq rəssamı fəxri adına, 2017-ci ildə isə Rusiya Prezidentinin Mükafatı laureatına layiq görülüb.
O, 70 cizgi filminin rejissoru, rəssamı və ssenaristidir. “Çeburaşka”, “Timsah gena” (“Krokodil Gena”), “38 tutuquşu”, “Balina, səni gözləyirəm” və s. onun məşhur filmlərindəndir.
Oxşar xəbərlər
“Simpsonlar”ın daha bir “təxmini”: “Metaverse” ideyasını Zukerberq cizgi filmindən oğurlayıb?
Koronavirus, Trampın prezidentliyi, Kamala Harrisin seçilməsi, Kolumb heykəlinin başının kəsilməsi, ağıllı saatlar, ebola virusu, 11 sentyabr hadisələri kimi bi...
