Ölmüş heyvanların utilizasiyası üzrə müəssisələrin yaradılması nəzərdə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılması nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Məlumata əsasən, utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübənin araşdırılması da nəzərdə tutulub.
Həmçinin fermerlərin və sahibkarların beynəlxalq təcrübədə istifadə olunan əsas modellər haqqında maarifləndirilməsi üçün tədbirlərin təşkili və ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılmasına (layihələndirilməsinə) dair sahibkarlıq subyektlərinin müraciətlərinin qiymətləndirilməsi də tapşırılıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...