SİZİN REKLAM BURADA!
055 213 76 73


Mart ayının ilk ongünlüyündə ruslar tərəfindən dağıdılan Xarkov vilayətinin İzyum şəhərindəki beşmərtəbəli binanın dağıntıları altından 44 mülki şəxsin meyiti tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqramda məlumat verib.

"Müvəqqəti olaraq işğal olunmuş İzyumda binanın dağıntıları altından 44 dinc sakinin meyiti tapıldı. Bu, rusların növbəti dəhşətli hərbi cinayətidir", - deyə o bildirib. 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri fevralın 24-ü səhərdən Ukraynada əməliyyatlar keçirirlər. Həmin müddətdə İzyum şəhəri əməliyyatların ən qaynar nöqtələrindən sayılır.

BAKU.WS