SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Batumi şəhərində yaşayış binasının çəkməsi nəticəsində dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Beləliklə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb. 

***09/20

Gürcüstanın Batumi şəhərində yaşayış binasının çəkməsi nəticəsində dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb. 

BAKU.WS xəbər verir ki, Gürcüstan DİN xilasetmə işlərinin davam etdiyini bildirib. Dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.  

***00:02

Bu gün Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının bir hissəsi uçub, dağıntılar altında 15-ə yaxın insanın qaldığı bildirilir.

Bir neçə dəqiqə əvvəl sosial şəbəkələrdə hadisənin baş verdiyi anın videosu yayılıb.

Video ətraf mağazalardan birinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, son məlumata əsasən, bu saata qədər dağıntılar altından ikisi uşaq olmaqla beş nəfər sağ tapılıb.

Digərlərinin axtarışı davam etdirilir.

BAKU.WS
VİDEO