SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 6-da yerli vaxtla saat 2:46 dəqiqədə Yaponiyanın şimal-şərq sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İvate prefekturasının Sakit okean sahillərində, ocağı 50 kilometr dərinlikdə yerləşib. Nəticədə üç nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı, lakin ciddi dağıntıların baş vermədiyi bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.

Zəlzələdən sonra tabeliyində Aomori və Miyaqi prefekturalarında iki atom elektrik stansiyası olan “Tohoku Electric Power Co.” şirkəti normadan yayınma hallarının baş vermədiyi barədə məlumat yayıb.

Güclü yeraltı təkanlarla əlaqədar mərkəzi hökumət Baş nazirin ofisi yanında informasiyanın toplanması və təhlili məqsədi ilə xüsusi qərargah yaradıb.

 

BAKU.WS