SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatların vitse-prezident Kamala Harris ondan daha ağıllıdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, Cozef Bayden bunu Atlantada Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzdə deyib.

Kamala Harrisi təqdim edən ABŞ rəhbəri bir sıra suallara cavablandırarkən vitse-prezidenti yüksək qiymətləndirib.

"Buna heç bir əlavəm yoxdur, cənab prezident", - Harris cavabında deyib.

Qeyd edək ki, Bayden daha əvvəl Kamala Harrisi ABŞ prezidenti adlandırıb. Belə ki, ABŞ prezidenti ictimaiyyət qarşısında çıxışı zamanı Birləşmiş Ştatların vitse-prezidentinə dövlət başçısı deyib.

Əgər 78 yaşlı Cozef Bayden səlahiyyətlərini vaxtından iki il və ya daha çox müddət əvvəl başa vurmalı olsa, onda ABŞ-da dövlət başçısı vəzifəsini vitse-prezident icra edəcək.

BAKU.WS