11 sentyabr hadisələrindən 23 il ötür - FOTO
23 il əvvəl sentyabrın 11-i Amerika Birləşmiş Ştatlarında dünyanı dəhşətə gətirəcək və ağılasığmaz terror aktı baş verdi.
Nyuark, Boston və Vaşinqtondan San-Fransisko və Los-Ancelesə yola düşən 4 sərnişin təyyarəsi qaçırıldı.
Hava nəqliyyatları ABŞ-da yerləşən "Əkiz Qüllələr"ə çırpılaraq qəzaya uğradı. Bu binalar dünyanın gözü qarşısında anbaan məhv olarkən buna səbəb olan ölkələr Əfqanıstan və İraq göstərildi.
Lakin daha sonra Amerika terrorla mübarizə çərçivəsində Əfqanıstanda başlatdığı müharibəyə son verərək ordusunu geri çəkdi.
Bununla da ABŞ, Əfqanıstanda 10 minlərlə insan ölümünə və trilyon dollara səbəb olan 20 illik işğalı dayandırdı. 11 sentyabr hadisələri hər zamankından fərqli olaraq bu il "müharibəsiz" anılır.
Həmin faciədə 3 000-dən çox insan həlak olub.
11 sentyabrdan sonra cavab olaraq Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Gömrük Xidməti, İmmiqrasiya və Naturalizasiya Xidməti, ABŞ Sahil Mühafizəsi və Federal Fövqəladə İdarəetmə Agentliyi də daxil olmaqla 22 dövlət qurumu birləşdirildi.
Konteyner Təhlükəsizliyi Təşəbbüsü ilə dəniz konteyner yüklərinin 80%-dən çoxu ABŞ-a girmədən öncə yoxlanılır.
Oxşar xəbərlər
Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb
Bir sıra ölkələrdə banklar Rusiyanın "Qazprombank" şirkəti tərəfindən buraxılmış "UnionPay" ödəniş sisteminin bank kartlarına xidməti dayandırıb. Oxu.Az bu barə...