YouTube Rusiyada yenidən fəaliyyətə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
YouTube Rusiyada heç bir məhdudiyyət olmadan yenidən fəaliyyətə başlayıb.
BAKU.WS GlobalCheck xidmətinə istinadən xəbər verir ki, YouTube videohostinqi bütün Rusiya mobil operatorları vasitəsilə tam əlçatan olub. Lakin bir çox istifadəçilər platformaya girişdə hələ də problemlərlə üzləşdiklərini bildirirlər.
Xidmətin məlumatlarına əsasən, YouTube mobil internetdən istifadə edərkən bütün operatorlar üçün işləyir. Ancaq WiFi ilə qoşularkən videohostinqə giriş hələ də məhdud olaraq qalır.
Qeyd edək ki, YouTube-la bağlı problemlər yay aylarında başlamışdı. İyul ayında Dövlət Dumasının informasiya siyasəti üzrə komitəsinin rəhbəri Aleksandr Xinsşteyn bildirib ki, yükləmə sürəti 70 faiz aşağı düşə bilər.
O, bunun səbəbini xarici resurs administrasiyasının Rusiya qanunvericiliyini pozması ilə izah edib və bu addımın Rusiya istifadəçilərinə qarşı yox, YouTube administrasiyasına qarşı atıldığını vurğulayıb.
Oxşar xəbərlər
Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar"
Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir. BAKU.WS xəbər verir ki, bunu QMİ sədri Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası D...