Xərçəngi sağaldacaq vaksin hazırlanıb? – Onkoloqdan ilginc açıqlamalar
Son dövrlər xərçəng xəsələtinin arması ilə bağlı sosial şəbəkələrdə, o cümlədən cəmiyyətdə fikir formalaşır. Ümumiyyətlə xəstəliyin dünyada tüğyan etdiyi dövrdə insanlar bundan necə xilas olmalıdır?
Bu və digər qaranlıq məqamlara aydınlıq gətirmək üçün tanınmış həkim, ftiziator, naturopat, onkoloq İbrahim Əsədli ilə əlaqə saxladıq. Həkim BAKU.WS-ə bildirib ki, xərçəng psixisanatozdur.
"Dünyada və Azərbaycanda iki yanaşma var. Biri rəsmi yanaşmadır digəri isə doğru yanaşmadır. Rəsmi yanaşma deyir ki, əsas şişdir və onun səbəbi bilinmir.
Ancaq yandırır, zəhərləyir və kəsir. Bir də var doğru onkologiya. Doğru onkologiya deyir ki, üsulumuz çoxdur.
Əsas şiş deyil. Şişin səbəbi əsasdır. Şişin ən birinci səbəbi daxili ekologiyanın, insanın daxili ahənginin pozulmasıdır.
Şiş hüceyrələri hər bir canlıda, heyvanda, bitkidə və insanda mövcuddur. Bu şiş insanda hər saniyə yaranır. Lakin bir hər saniyə xəstələnmirik. Bunun üçün gərək daxili ekologiya pozulsun.
Xəstəliyə gedən yol, elmi dildə potogeniz adlanır. Şəfaya gedən yol isə sonogenez adlanır. Ona görə də, bizim işimiz daxili ekologiyanı təmizləməkdir. Bunun üçün bədən, təfəkkür və ruh təmizlənməlidir. Bunlar təmizlənəndən sonra bədən düzgün maddələrlə, təfəkkür düzgün biliklərlə, ruhla qidalanır", - deyə İbrahim Əsədli bildirib.
Bəzən deyirlər ki, xərçəng iris də ola bilər. Lakin həkim deyir ki, bu xəstəlik iris ancaq meyilli ola bilər:
"Xəstəliyin yaranma səbəbi isə insanın həyatından asılıdır. Əgər insan həyatını düzgün qurursa, düzgün həyat tərzi yaşayırsa, irsiyəti də üstələyə bilər.
Əgər insan həyatını düzgür qurmursa, bu zaman xəstəliyə yoluxma ehtimalı daha yüksəkdir. Məsələn, siqaret, araq, narkotik maddə qəbulu insanı ölümə aparır. Mal əti, quru əti şəkər xəstələrinə olmaz. Amma insan sağlamdırsa da, bu zaman siqaret narkotik və spirtli içki qəbulu zamanı xəstələnirsə, bunun irsiyyətə nə dəxli var? İnsanlarda qaraciyər və mədə sıradan çıxırsa, bu zaman insan xəstələnirsə, burada günahı heç kimdə axtarmaq lazım deyil".
Həkimin sözlərinə görə, insan sağlam yaşamaq üçün lazımı amillərə fikir verməlidir:
"Qidalanma, həyat tərzi, düşünmə tərzi, hərəkət tərzi bu sırada ən əsas amillərdəndir. Dünyada 3 xəstəlik var ki, bütün bəşərriyəti məhv edir. Bunlar ürək damar xəstəlikləri, şəkər və xərçəng xəstəliyidir. Bunların da bir obyektiv səbəbi var. Az hərəkətlilik. Elmi dildə buna Hipodinamiya deyilir.
Subyektiv səbəb isə müəyyən qüvvələrdir. Bazar iqtisadiyyatı və kapitalistlər istəmirlər ki, insanlar sağlam yaşasın. Əgər hamı sağlam olarsa, dərman firmaları və xəstəxanalar qazanmaz. Apteklər, həkimlər, tibb işçiləri müflüs olar".
İbrahim Əsədlinin sözlərinə görə, çox təəssüf ki, müasir dövrdə xərçəngin dərmanı yoxdur:
"Bu bir vəziyyətdir. Burada ancaq kompleks yanaşma lazımdır. İnsanların biliksizliyindən istifadə edirlər. Bəzi ölkələr guya xərçəngin vaksinasiyasını tapıblar. Bunlar dələduzlardır. İnsanları aldadırlar. Manipulyasiya etməkdir. Heç bir dərman və vaksin xərçəngin qarşısını ala bilməz. Çünki xərçəng bir xəstəlik deyil. Sonda isə bildirim ki, müasir dövrdə insanlar özləri öz qayğılarına qalmasalar, məhv olub gedəcəklər".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Çox içmək kişilərdə keçəlliyə səbəb olur
Pusan Milli Universitetinin apardığı araşdırmada spirt istehlakı ilə saç tökülməsi arasında əlaqə aşkar edib. BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, elm...