Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir
ADA Universiteti mühəndislik ixtisaslarına, o cümlədən elektrotexnikaya xüsusi diqqət yetirir və xarici ali məktəblərlə əməkdaşlığın genişləndirilməsində maraql...