Vaxtsız ölümün qarşısını almaq üçün sadə yol tapıldı

Vaxtsız ölümün qarşısını almaq üçün sadə yol tapıldı
Digər 816

Tövsiyə olunan həftəlik fiziki fəaliyyət miqdarını yerinə yetirmək həyatı əhəmiyyətli dərəcədə uzada bilər. Tədqiqatçılar 93 mindən çox iştirakçının məlumatlarını təhlil etdikdən sonra gözlənilməz nəticəyə gəliblər.

BAKU.WS xəbər verir ki, elmi işin nəticələri Amerika Ürək Assosiasiyasının rəsmi portalında dərc olunub.

Təcrübə zamanı elm adamları iştirakçıları üç kateqoriyaya ayırıb. 150 dəqiqə olan həfətlik normanı 1-2 məşqdə yerinə yetirən "həftə sonu idmançıları", həftə ərzində eyni yükü bərabər paylayan insanlar və tövsiyə olunan minimum fiziki fəaliyyətə nail olmayanlar.

Araşdırmanın nəticələrinə görə, "Həftə sonu idmançıları" müntəzəm məşq edən qrupu belə ötüb keçən ölüm nisbətlərində azalma göstəriblər. Onların bütün səbəblərdən ölüm riski 32 faiz, ürək-damar xəstəliklərindən ölüm riski 31 faiz, xərçəngdən ölüm riski isə 21 faiz azalıb. Lakin həftə ərzində müntəzəm olaraq idman edən insanlar üçün bu rəqəmlər müvafiq olaraq 26, 24 və 13 faiz təşkil edib.

Elmi ictimaiyyət bu tapıntılardan təəccüblənib, çünki ənənəvi olaraq tədricən və müntəzəm məşqlərin daha yaxşı nəticələr verəcəyinə inanılırdı. Bununla belə, tədqiqat sübut edib ki, əsas amil həftəlik fəaliyyətin ümumi həcmidir - bu dəqiqələrin həftə ərzində necə paylanmasınının əhəmiyyəti yoxdur.

Son xəbərlər