Uşaqlarda allergiyanı müəyyən etməyin YOLLARI
Valideynlər çox vaxt altı yaşadək uşaqlarda allergiyanın ilk əlamətlərini nəzərdən qaçırır və bunu sadəcə yaşla bağlı müvəqqəti xüsusiyyət kimi qəbul edirlər.
BAKU.WS xəbər verir ki, bu barədə həkim Nadejda İlinçeva "aif.ru"ya açıqlama verib.
Onun sözlərinə görə, vaxtında müalicə olunmayan allergiya gələcəkdə digər xəstəliklərin yaranmasına zəmin yarada bilər. Buna görə də uşağın xəstəliyi "böyüdükcə keçər" deyə düşünmək düzgün deyil.
Mütəxəssis bildirib ki, allergiyanın ən aydın əlamətləri dəri üzərində görünür. Bunlara qurdeşənəyi, dermatit və ya yanaqlarda diatez daxildir. Allergiya eyni zamanda həzm sisteminə də təsir göstərə bilər. Bu zaman uşaqlarda davamlı kolik, tez-tez qusma, qəbizlik və ya ishal kimi əlamətlər müşahidə olunur. Bu hallar bəzən orqanizmin tam formalaşmaması ilə əlaqələndirilir və diqqətdən kənarda qalır.
Allergiyanın tənəffüs forması isə burun axması, burun tutulması, qaşınma, asqırma, gözlərin yaşarması, eləcə də uzunmüddətli öskürək və nəfəs almaqda çətinlik kimi əlamətlərlə özünü göstərə bilər.
Həkim valideynlərə uşağın irsiyyət faktoruna və müəyyən qidalar, tozcuqlar və ya heyvanlarla təmas zamanı əlamətlərin təkrarlanmasına diqqət yetirməyi tövsiyə edib. Allergiyanın xarakterik xüsusiyyətlərindən biri də bədən temperaturu normal olduğu halda simptomların xüsusilə gecə və səhər saatlarında güclənməsidir.
İlinçeva həmçinin allergiyanın diaqnostikası ilə bağlı yayılmış bəzi yanlış fikirləri də təkzib edib. Onun sözlərinə görə, allergenlərin müəyyən edilməsi üçün müayinələr istənilən yaşda aparıla bilər və bunun üçün ilin konkret dövrünü gözləmək lazım deyil.
Müasir müalicə əsasən üç istiqamətə əsaslanır: allergenlə təmasın məhdudlaşdırılması, simptomları azaltmaq üçün dərmanların istifadəsi və allergen-spesifik immunoterapiya (ASİT). Bu üsul xəstəliyin səbəbinə təsir edir və xüsusilə tənəffüs allergiyası olan uşaqlarda beş yaşdan sonra tətbiq oluna bilər. Adətən müalicə kursu payız və ya qış mövsümündə başlanır.
Oxşar xəbərlər
Federal Təhqiqat Bürosu Kaliforniya ştatını İranın mümkün hücumu barədə xəbərdar edib
Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin Kaliforniya ştatının polis idarələrinə xəbərdarlıq edib ki, İran ölkənin Qərb sahillərinə pilotsuz uçuş aparatları (PUA) i...