Ürəyiniz nə qədər sağlamdır? - Əgər bu əlamətlər varsa…

Ürəyiniz nə qədər sağlamdır? - Əgər bu əlamətlər varsa…
Digər 337

Fiziki gərginlik zamanı döş qəfəsində yanma və təzyiq ürək problemlərini göstərə bilər.

BAKU.WS xəbər verir ki, bunu rusiyalı kardioloq İqor Vidyaskin "NEWS.ru" saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ikinci əlamət bədən üfüqi vəziyyətdə olduqda nəfəs darlığının müşahidə edilməsidir.

Ürək problemlərinin simptomlarına döş sümüyünün arxasında fiziki gərginlik və ya emosional stress zamanı baş verən və istirahət zamanı yoxa çıxan sıxışma və ya göynəyən, yanma hissi verən ağrı da daxildir.

Kardioloq əlavə edib ki, nizamsız və ya həddindən artıq sürətli ürək döyüntüləri mümkün ürək problemlərini göstərə bilər.

Bundan əlavə, onun fikrincə, səhərə qədər rahat olan ayaqqabılar axşama doğru darlıq edirsə, ehtiyatlı olmaq lazımdır. Ayaqların şişməsi də ürək problemlərini göstərə bilər.

Oxşar xəbərlər

2026-cı ildə tək qalmaq təhlükəsində olan bürclər

2026-cı ildə tək qalmaq təhlükəsində olan bürclər

Yeni il bir çox insan üçün sevgi, dəyişiklik və münasibətlər baxımından yeni ümidlər deməkdir. Lakin astroloqlar xəbərdarlıq edirlər ki, 2026-cı il bəzi bürclər...

445 Digər 23:59 06 noyabr 2025

Son xəbərlər