Tox qalmaq üçün bu QİDALARI YEYİN

Tox qalmaq üçün bu QİDALARI YEYİN
Digər 342

Mütəxəssislər uzun müddət tox qalmaq üçün lazımi qidaları açıqladılar.

BAKU.WS xəbər verir ki, qidalanma və diyet üzrə mütəxəssis Hande Güngör bildirir ki, hər yeməkdə protein tərkibli qidalar mütləq olmalıdır. Yağsız ət, toyuq, balıq, yumurta, süd, qatıq, quru paxlalılar, yağlı balıqlar, qoz, badam, fındıq, kətan toxumu, susam və çia toxumu kimi qidalar qəbul edilməlidir.

Dietoloq yavaş yeməyin balanslı leptin ifrazını dəstəklədiyini, bu səbəbdən iştahı idarə etmək və sağlam qidalanmaq üçün faydalı olduğunu vurğulayıb.

O, gündəlik həyatın sürətli ritminin, xüsusilə böyük şəhərlərdə insanların yemək vaxtlarını atlamasına və sağlam qidalanmamalarına səbəb olduğunu qeyd edib:

"Bu səbəbdən insanlar asanlıqla əldə edilən, yağlı, yüksək kalorili və toxluq hissi yaratmaq əvəzinə daha tez aclıq gətirən qidalara üstünlük verirlər. Halbuki bəzi qidalar var ki, onlar yeyildikdən sonra uzun müddət mədədə toxluq hissi yaradır."

Hande Güngör qeyd edib ki, toxluq hissi yaratmaq üçün yüksək kalorili qidalar yeməyə ehtiyac yoxdur:

"Hər yeməkdə protein tərkibli qidalar olmalıdır. Proteinlər həm leptin həssaslığını artırır, həm də həzm prosesi daha uzun çəkdiyi üçün qrelin səviyyəsini azaltmaqda və çəki itirməkdə təsirli olur. Yağsız ət, toyuq, balıq, yumurta, süd, qatıq, ayran və quru paxlalılara gündəlik qidalanmada yer verilməlidir. Bu, omega-3 və omega-6 sağlam yağ turşularının faydalarından yararlanaraq mədənin boşalma prosesini gecikdirir və toxluq hissini uzadır."

Hande Güngör yemək vaxtlarını düzgün planlaşdırmağın əhəmiyyətinə diqqət çəkərək əlavə edib:

"Bütün qida elementlərini əhatə edən balanslı və nizamlı qidalanma planı tətbiq edilməlidir. Tez-tez atışdırma və həddindən artıq yemək vərdişlərindən uzaq durulmalıdır."

Həmçinin, yemək müddətini uzadaraq daha yavaş yemək vərdişi qazanılmalıdır. Yavaş yemək, balanslı leptin ifrazını dəstəkləyərək iştahı nəzarətdə saxlamağa kömək edir. Bunun üçün yemək müddətinizi təsir edən faktorları müəyyənləşdirib, onları dəyişdirməyə və ya yaxşılaşdırmağa çalışın," - deyə Güngör məsləhət verib.

Oxşar xəbərlər

Son xəbərlər