Azərbaycan lideri çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Oxşar xəbərlər
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Perunun paytaxtı Limanın mərkəzində yerləşən tarixi meriya binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıq...