XƏBƏRDARLIQ - Bakıdakı bu binalarda divara bir mismar belə vurmaq olmaz!
Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli BAKU.WS-in sorğusuna cavab olaraq deyib.
O, bildirib ki, sözügedən hal "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tənzimlənir.
Qurum sözçüsünün sözlərinə görə, abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Fariz Hüseynli deyir ki, hazırda Bakı şəhərində tarixi abidə statusuna malik belə yaşayış binalarının sayı 500-ə yaxındır.
"Ölkə ərazisində dövlət qeydiyyatına alınan bütün daşınmaz tarix mədəniyyət abidələrinin siyahısı ictimaiyyət üçün açıqdır. Qeyd olunan link vasitəsilə həmin siyahı ilə tanış olmaq olar".
Banu Hüseynli
Oxşar xəbərlər
Naringinin qabığının gizli təhlükəsi: Dietoloq xəbərdarlıq etdi
Böyük Britaniyada nəşr olunan Daily Mirror qəzetinin məlumatına görə, naringi və digər sitrus meyvələrinin qabığı sağlamlıq üçün təhlükə yarada bilər. BAKU.WS x...