Google axtarış sistemi dəyişir
Google axtarış sistemində süni intellekt əsasında böyük yeniliklərə başlayıb. Şirkət yeni "Süni intellekt rejimi" ilə sadəcə nəticələr siyahısı təqdim etməkdən imtina edir – istifadəçilər artıq cavabı birbaşa ekranda axtarmadan görəcəklər.
BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, bu dəyişiklik informasiya və media dünyasında yeni mərhələ açır.
Artıq əsas məqsəd "birinci sırada çıxmaq" deyil, "etibarlı mənbə" olmaqdır. Google-ın sistemi məlumatları "E-E-A-T" prinsipi əsasında – təcrübə, peşəkarlıq, nüfuz və etibarlılığa görə seçəcək.
Mütəxəssislərin fikrincə, bu yenilik təkcə axtarış vərdişlərini deyil, həm də jurnalistikanı və məzmun istehsalını köklü şəkildə dəyişəcək. Artıq oxucu informasiyaya deyil, etibara inanacaq.
Ekspertlər bildirir ki, süni intellektlə yanaşı insan amilini qorumaq vacibdir. Çünki texnologiyanın məqsədi insanı əvəzləmək deyil, onu tamamlamalıdır.
Oxşar xəbərlər
WUF13-ə rəng qatan xarici qonaqlar - FOTOREPORTAJ
Paytaxt Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) davam edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, dayanıqlı şəhərsalma, iq...