Tez düşün, tez qərar ver... - İnsanlar hara tələsir?

Tez düşün, tez qərar ver... - İnsanlar hara tələsir?
Digər 57

Biz çox sürətlə yaşayan bir dövrün içindəyik. Günlər qaçır, saatlar çatmır, insanlar isə tələsir. Hara getdiyini bilmədən, amma dayanmağada vaxt tapmır.

Bu barədə psixopedoqoq Aysel Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu dövür bizdən çevik olmağı tələb edir.

Tez düşün, tez qərar ver... - İnsanlar hara tələsir?

"Tez düşün, tez qərar ver, tez uyğunlaş, tez cavab yaz. Amma heç kəs soruşmur insan buna nə qəqdər tab gətirə bilər? Əvvəllər yorğunluq fiziki idi, indi isə ruhsaldır. İnsanlar yatıb dincəlsələr də, çünki yorğundur.

Çünki beyin susmur, duyğular dincəlmir. Hamı hər şeyə çatmağa çalışır", - deyə mütəxəssis bildirib.

Aysel Məmmədova əlavə edib ki, insanlar bunu etdikdə kənara xoşbəxt görünməyə çalışanda içdən içə çökür:

"Uşaqlar bu tempin içində böyüyür, sevgi var vaxt yoxdur. Bu dövrdə ən cəsarətli insanlar iröli qaçan insanlar deyil dayanmağa zamanın yaşamağa cürət edən insanlardır. Halbuki həyat qaçış deyil, təmasdır. Buqədər tələsdiyimiz həyatın sonunda bizi gözləyön yeganə şey yaşamadığlmız həyatın peşmanlığıdır".

Ziya SƏCCAD

Son xəbərlər