Super Ay hadisəsi müşahidə olunacaq
04
dek
2025
23:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gecə Super Ay hadisəsi müşahidə olunacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, ay 4 dekabr saat 15:07-də Yerə ən yaxın məsafədə-perigeydə (356961 km) olub. Ay həm də 5 dekabr gecə saat 03:15-də tam Ay fazasında olacaq.
Qeyd olunub ki, ona görə də 2025-ci il dekabr ayının 4-dən 5-ə keçən gecə Super Ay hadisəsi müşahidə olunacaq.
Bu hadisəni Azərbaycan ərazisində bütün gecə müşahidə etmək mümkün olacaq.
Oxşar xəbərlər
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
Vəzifəli şəxsə hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətləri müəyyənləşir. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən m...