Sertifikasiyadan keçməyən müəllimlər işlə təmin olunacaq
"Sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb".
BAKU.WS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
"Komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb. Bildiririk ki, cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb.
Müvafiq komissiyalara müraciət edənşəxslərin sayı 872 nəfər olub. Prosesin şəffaflığı və sosial ədalət prinsipləri əsasında aparılması məqsədilə müvafiq monitorinq və təhlil işləri yerli təhsil idarəetmə orqanlarının nəzarətində saxlanılır", - deyə Nurlan İsmayılbəyli bildirib.
Banu Hüseynli
Oxşar xəbərlər
Dietoloqdan xəbərdarlıq: Kərə yağı alarkən buna diqqət edin
Kərə yağı alarkən onun yağlılıq dərəcəsinə diqqət yetirmək vacibdir. BAKU.WS xəbər verir ki, mütəxəssislər hesab edir ki, daha keyfiyyətli məhsul seçimi üçün y...